Kömək etmək istəyirsiniz?

Hörmətli dostlar, seçicilər və həmkarlar!

23 saylı Nəsimi-Səbail SD-dən AXCP-Müsavat seçki blokunun vahid namizədiyəm.

İndi isə, dostların, həmkarların və əqidədaşlarımın köməyinə ümid edirəm. Aşağıda verilən sahələr üzrə köməklik və yardımınızı əsirgəməyin:

– Facebook sosial şəbəkəsində təbliğat və təşviqat aparmaq, seçiciləri Razi Nurullayevə səs verməyə dəvət etmək; Facebook dostlarınızı səhifəmi “like” etməyə dəvət etmək; SD-də olan dostlarınızın adını, familiyasını, telefonlarını seçki qərargahıma göndərmək və sə.

Facebook-da seçki səhifəmhttp://www.facebook.com/pages/Razi-Nurullayevin-Secki-Shifsi/189787276190?ref=ts;

Facebook profilimhttp://www.facebook.com/razi.nurullayev

  • 23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasının hüdudlarında (link burada) yaşayan dostlarınızı, qohumlarınızı, tanışlarınızı mənim seçki qərargahıma cəlb etmək; onların kontakt telefonlarını, e-maillərini mənim seçki qərargahıma göndərmək;
  • Deputatlığa namizəd olmaq üçün mənim lehimə seçilərdən imza toplamaq (450 imza tələb olunur, imzalar 23 saylı Nəsimi-Səbail DSK-nin hüdudlarında toplanmalıdır. ünvanlar burada: tıklayın
  • Seçki Qərargahımda könüllü kimi çalışmaq;
  • Seçki günü müşahidəçi olmaq (bu zaman mənə tez müraciət edin ki, lazımı proseduraları keçə bilək və sizin təlim keçmənizi də təşkil edək);
  • 10 (on) vəkilimdən biri olmaq;
  • Təbliğat-təşviqat plakatlarının yapışdırılması;
  • Təbliğat-təşviqat materiallarının ev-ev paylanması; paylanılacaq ünvanlar
  • Təbliğat materiallarımın evinizin eyvanından və ya pəncərəsindən asılması;
  • Təbliğat posterimin avtomobilinizin arxa pəncərəsinə yapışdırılması;
  • Avtomobilinizdən istifadə (günün hansı saatlarında avtobobilinzlə seçki qərargahımın üzvlərini ünvanlara apara bilərsiniz, avtomobiliniz hansı günlərdə və nə qədər müddətə bizim seçki qərargahına kömək edə bilər);
  • Secicilərin seçki günü seçki məntəqələrinə gətirilməsi;
  • ianələr (gücünüz çatan maliyyə yardımları);

DAHA KİMLƏRƏ EHTİYACIM VAR:

– Photoshop, Corel Draw proqramlarını bilən dizaynerlər (plakat, poster və bukletlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanmasında kömək);

– Video-kamerada rolikləri çəkib montaj etməyi bacaranlar;- Seçki səhifəmin bannerini internet səhifələrinizdə yerləşdirmək.

Əlaqə:

E-mail: raznur@aol.com
Tel: (994 12) 436 0941
Mob: (994 50) 6345260

Hörmətlə,

Razi Nurullayev,

AXCP sədrinin xarici əlaqələr üzrə müavini

“AXCP-Müsavat” seçki blokunun vahid namizədi


Qeyd

2010-cu ilin 7 noyabrda keçiriləcək Parlament seçkilərində iştirak etməyə qərar vermişəm. 2005-ci ildə keçirilən seçkilərə 8 saylı Binəqədi 1-ci Seçki Dairəsindən qatılmışdım. 2009-cu ilin dekabr ayının 23-də də keçirilən bələdiyyə seçkilərinə də həmin dairədən qatılmış və ərazidə yaşayan seçicilərin problem və narahatlıqlarını ictimailəşdirdim.

E-mail: raznur@aol.comTel: (994 12) 436 0941Mob: (994 50) 6345260