Haqqımda

NURULLAYEV RAZI QULAMƏLI OĞLU

Hal-hazırda RAZİ NURULLAYEV AXCP sədrinin xarici məsələlər üzrə müavinidir!

RAZİ NURULLAYEV 1971-ci ildə anadan olub. Bakı şəhərində yaşayır.

ŞƏXSİ KEYFİYYƏTLƏRİ

Intelektual, bilik və bacarıqlı, düzlüyü sevən, haqsızlığa sərt, təşəbbüskar və təşkilatçıdır.

Bildiyi dillər

Azərbaycan (doğma), İngilis, Rus və Fransız dillərini mükəmməl, almanca isə danışıq dilini bilir.

TƏHSİLİ

1992 – 1997-ci illər, Azərbaycan Dillər Universitetinin ingilis-fransız dilləri fakultəsini, 2000-2005-ci illərdə isə Cənubi Rusiya Humanitar İnstitutunun Hüquq fakultəsini bitirib. 2004-cü ildə Kanadanın Montreal şəhərində John Abbott Collecində Beynəlxalq İnsan Hüquqları Təlimi Proqramı üzrə tam kursu, 2009-cu ildə isə ABŞ-ın Nyu York şəhərində Kolumbiya Universitetində (Beynəlxalq və Dövlət Siyasəti Məktəbi) ixtisasartırma kursunu bitirib.

Bundan başqa, dünyanın onlarla ölkəsində (Yunanıstan, Türkiyə, Albaniya, Niderland, Belçika, Fransa, Böyük Britaniya, İtaliya, Rumıniya, Ukrayna, Rusiya, Estoniya, Qazaxıstsan, Gürcüstan, Almaniya, İsveç, İspaniya, ABŞ, Kanada, Şri-lanka, Tailand, Malayziya, Cənubi Koreya və s.) ixtisasartırma və sertifikatlaşdırma kurslarına daxil olub, bilik və bacarıqlarını artırıb.

İctimai və Siyasi Fəaliyyəti

Sıravi fəhlədən bir neçə təşkilatın rəhbəri vəzifəsinə kimi həyat yolu keçib və bütün səviyyələrə bilik və bacarığı sayəsində nail olub.

Hal-hazırda Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin Xarici Məsələlər üzrə müavinidir. 1999-cu ildən 2009-cu ilə kimi Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DİUC) həmsədri və Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının (www.civil-soc.org/blog) kordinatorudur. Razi Nurullayev, ölkənin demokratikləşməsi, vətəndaş cəmiyyətinin inkişafı və azad seçkilərin keçirilməsi üçün yüzlərlə layihələr hazırlamış və həyata keçirilməsinə rəhbərlik etmişdir.

2005-ci il 6 noyabr seçkilərində 8-saylı Binəqədi 1-ci seçki dairəsindən deputatlığa namizəd olub.

Elmi və akademik fəaliyyəti

2001-2003-cü illərdə Azərbaycan Dillər Universitetində İngilis dilinin qramatikasından mühazirələr deyib. 2003-2006-cı illərdə isə Az MEA, Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu, «Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq» şöbəsində elmi fəaliyyətlə məşğul olub.

Digər fəaliyyətləri

1995-2003-cü illər ərzində bir sıra beynəlxalq təşkilatlarda məsul vəzifələrdə çalışıb. Bu təşkilatlar sırasına İnternational Alert, Baku Steel Company, BUE Caspian Ltd., McDermott Marine Construction və s. daxildir.

Nəşrləri

Onlarla kitab, jurnal, bülleten və elmi yazıların müəllifidir. Yazıları və müsahibələri dünyanın müxtəlif qəzet və jurnallarında dərc edilib.

Beynəlxalq təcrübə

İndiyə kimi dünyanın 60-dan çox ölkəsində yüzlərlə konfrans və seminarlarda iştirak etmiş və məruzələrlə çıxış etmişdir.