December 2, 2010

“Medvedyev Rusiyanın siyasi palitrasını dəyişir”

By admin

Razi Nurullayev: “Prezident ölkəsinin imicini dəyişmək istəyir”

Rusiya prezidenti Dmitri Medvedyev gündəmi dəyişə biləcək açıqlama ilə çıxış edib. Prezident bəyan edib ki, Rusiyada demokratikləşmə qaçılmazdır. D.Medvedyev təkpartiyalılaığın demokratikləşmədə müəyyən pрoblemlər yaratdığını qeyd edib. Məsələyə münasibət bildirən politoloq Razi Nurullayev “OLAYLAR”a açıqlamasında demokratikləşmə istiqamətində atılan addımların Rusiyanın beynəlxalq imicinə müsbət təsir göstərəcəyini deyib. Onun sözlərinə görə, bu kimi addımların arxasında D.Medvedyevin 2012-ci ildə keçiriləcək prezident seçkilərində xalq tərəfindən daha uğurlu namizəd kimi qələbə qazanmasında da müsbət rol oynayacaq: “Medvedyev Rusiyanın siyasi palitrasını dəyişmək üçün mübarizə aparmaqdadır. Bu siyasi palitranın dəyişməsinin qarşısında dayanan yeganə qüvvə Rusiyanın baş naziri Vladimir Putindir. D.Medvedyev hal-hazırda özünün prezident statusundan istifadə edərək müəyyən islahatlara start vermək niyyətindədir.

Ümumilikdə D.Medvedyev özünün dünya görüşünə görə, modern insandır. Özüinkişafı sevən Siyasi cəhətdən korlanmamış liderdir. Xarici səfərlər zamanı ona ünvanlanan suallar qarşısında aciz qalır. Bu da ki, Rusiyanın hazırkı qeyri-demokratik dönəmidir. Belə ki, siyasi və sərbəst toplaşmaq azadlıqları limitləşdirilib, məhdudlaşdırılıb. Bu dünya liderləri ilə eyni sırada dayanmaq istəyən, eyni zamanda onların bölüşdüyü dəyərləri bölüşmək istəyən Medvedyev məhz bu düşüncə tərzindədir ki, Rusiyanın gələcək inkişafı, lider dövlətə çevrilməsi demokratik islahatların qapısının nəticəsində mümkün olacaq”. Politoloq hesab edir ki, Rusiyada baş verən islahatlar ona qonşu olan, xüsusən MDB ölkələrində daha ciddi sürətdə özünü büruzə edəcək: “Rusiyada demokratikləşmə prosesi baş verərsə, onun əhatə dairəsində olan ölkələrdə də demokratiya dalğası əsməyə başlayacaq. Həmin dövlətlərdə də demokratiyanın əmələ gəlməsi heç də uzun vaxt aparmaz. ABŞ və Avropa dövlətlərinin MDB ölkələrində apardığı demokratikləşmənin qarşısında məhz Rusiya dayanıb. Rusiya bu mövqeyindən çəkilərsə həmin ölkələrdə də demokratikləşmə prosesi sürətlə həyata keçirilər”.

R.Nurullayev islahatların D.Medvedyevin yeni partiya yaradacağı ilə deyil, müxalifətlə hakimiyyət arasında müəyyən münasibətlərin qurulacağı istiqamətində olacağını bildirib: “D.Medvedyev yeni partiya yaratmayacaq. V. Putinlə D.Medvedyevin yollarının ayıracağı inandırıcı görsənmir. Çünki uzun müddətdir ki, onlar bir yerdə çalışıblar. Bu islahatların Rusiyada olan siyasi partiyalar arasında münasibətlərin inteqrasiyası qismində olacağını demək olar”.

Comments