Necə kömək edə bilərsiniz!
Hörmətli dostlar, seçicilər və həmkarlar!
2010-cu ilin 7 noyabrda keçiriləcək Parlament seçkilərində iştirak etməyə qərar vermişəm. 2005-ci ildə keçirilən seçkilərə də 8 saylı Binəqədi 1-ci Seçki Dairəsindən qatılmışdım. 2009-cu ilin dekabr ayının 23-də də keçirilən bələdiyyə seçkilərinə də həmin dairədən qatıldım və ərazidə yaşayan seçicilərin problem və narahatlıqlarını ictimailəşdirdim.
İndi isə, dostların, həmkarların və əqidədaşlarımın köməyinə ehtiyacım var. Aşağıda verilən sahələr üzrə köməklik və yardımınızı əsirgəməyin:
- Facebook sosial şəbəkəsində təbliğat və təşviqat aparmaq, seçiciləri Razi Nurullayevə səs verməyə dəvət etmək; Facebook dostlarınızı səhifəmi “like” etməyə dəvət etmək; SD-də olan dostlarınızın adını, familiyasını, telefonlarını seçki qərargahıma göndərmək və sə.
Facebook-da seçki səhifəm: http://www.facebook.com/pages/Razi-Nurullayevin-Secki-Shifsi/189787276190?ref=ts;
Facebook profilim: http://www.facebook.com/razi.nurullayev
- 8 saylı Binəqədi 1-ci seçki Dairəsinin hüdudlarında (link burada) yaşayan dostlarınızı, qohumlarınızı, tanışlarınızı mənim seçki qərargahıma cəlb etmək; onların kontakt telefonlarını, e-maillərini mənim seçki qərargahıma göndərmək;
- Deputatlığa namizəd olmaq üçün mənim lehimə seçilərdən imza toplamaq (450 imza tələb olunur, imzalar 8 saylı Binəqədi 1-ci SD-nin hüdudlarında toplanmalıdır. ünvanlar burada: tıklayın
- Seçki Qərargahımda könüllü kimi çalışmaq;
- Seçki günü müşahidəçi olmaq (bu zaman mənə tez müraciət edin ki, lazımı proseduraları keçə bilək və sizin təlim keçmənizi də təşkil edək);
- 10 (on) vəkilimdən biri olmaq;
- Təbliğat-təşviqat plakatlarının yapışdırılması;
- Təbliğat-təşviqat materiallarının ev-ev paylanması; paylanılacaq ünvanlar
- Təbliğat materiallarımın evinizin eyvanından və ya pəncərəsindən asılması;
- Təbliğat posterimin avtomobilinizin arxa pəncərəsinə yapışdırılması;
- Avtomobilinizdən istifadə (günün hansı saatlarında avtobobilinzlə seçki qərargahımın üzvlərini ünvanlara apara bilərsiniz, avtomobiliniz hansı günlərdə və nə qədər müddətə bizim seçki qərargahına kömək edə bilər);
- Secicilərin seçki günü seçki məntəqələrinə gətirilməsi;
- ianələr (gücünüz çatan maliyyə yardımları);
DAHA KİMLƏRƏ EHTİYACIM VAR:
- Photoshop, Corel Draw proqramlarını bilən dizaynerlər (plakat, poster və bukletlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanmasında kömək);
- Video-kamerada rolikləri çəkib montaj etməyi bacaranlar;- Seçki səhifəmin bannerini internet səhifələrinizdə yerləşdirmək.
Əlaqə:
Hörmətlə,
Razi Nurullayev,
AXCP sədrinin xarici əlaqələr üzrə müavini